13 oktyabr 2026 23:00
133

Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi

Qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində davam edən təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyunu keçirib.

“İki sahil” xəbər verir ki, millimiz “Antalyaspor”un qadın komandası ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb.

Komandamızın heyətində 20-ci dəqiqədə Nigar Mirzalıyeva, 70-ci dəqiqədə isə Kristina Bakarandze fərqləniblər.

Xatırladaq ki, komandalar arasında daha öncə keçirilən matçda yığmamız 2:1 hesabı ilə qalib gəlib.