Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
“İki sahil” xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən çempionatda bu gün fərdi yarışlar başa çatacaq.
Mundialın 7-ci günündə Azərbaycanın 4 təmsilçisi mübarizəyə qoşulacaq.
Kişilər
+100 kq çəki
Uşanqi Kokauri 1/32 finalda Emirxan Joldoşkazıyev (Qırğızıstan) qarşılaşacaq
Camal Qamzatxanov Fransisko Solislə (Çili) üz-üzə gələcək.
Kənan Nəsibov ilk mərhələdən azaddır.
Qadınlar
+78 kq çəki
Mədinə Kaysinova Asya Tavano (İtaliya) ilə görüşəcək.
Hazırda Azərbaycan millisinin aktivində 5 medal (1 qızıl, 1 gümüş, 3 bürünc) var. Bu, ölkəmizin cüdo tarixində dünya çempionatlarında rekord göstəricidir.
Sabah çempionatds komanda yarışları təşkil olunacaq.