Yeni Azərbaycan Partiyasının VIII qurultayına hazırlıq çərçivəsində 2026-cı il sentyabrın 7-dən 19-dək partiyanın 84 yerli təşkilatı tərəfindən ümumilikdə 16 min 239 nəfərin iştirakı ilə keçirilən hesabat konfranslarında VII qurultaydan sonra qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülmüş işlərə dair məruzələr dinlənilib və əldə olunmuş nəticələr təhlil edilərək geniş müzakirələr aparılıb.
“İki sahil” xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
Onun sözlərinə görə, bütün konfranslarda Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət birmənalı olaraq yekdilliklə dəstəklənib, onun Azərbaycanın qazandığı nailiyyətlərdə, müstəqilliyinin qorunmasında, ərazi bütövlüyünün və mütləq suverenliyinin təmin edilməsində titanik fəaliyyəti xüsusilə vurğulanıb və Azərbaycanın nəinki Cənubi Qafqazda, daha geniş coğrafiyada söz sahibinə çevrildiyi qürurla qeyd edilib.
"Hesabat konfranslarının yekunlarına əsasən rayon və şəhər təşkilatları tərəfindən VIII qurultaya 960 nəfər nümayəndə seçilib",- deyə o əlavə edib.
Tahir Budaqov qurultayın gündəliyini elan edib.
Gündəlik səsə qoyulub və yekdilliklə təsdiq olunub.
Tahir Budaqov VII qurultaydan ötən dövr üçün YAP İdarə Heyətinin hesabatını təqdim edib.
Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək