Portuqaliya futbol millisinin hücumçusu Kriştiano Ronaldo milli komandanın düşərgəsini tərk edib. O, gələcəkdə bu qərarının səbəbləri barədə açıqlama verəcəyini bildirib.
“İki sahil” xəbər verir ki, futbolçu bu barədə "Instagram" səhifəsində paylaşım edib.
Daha əvvəl Marca qəzeti Ronaldonun oktyabrın 1-də keçiriləcək Millətlər Liqasının qrup mərhələsinin üçüncü turunda Danimarka millisinə qarşı oyundan əvvəl milli komandanın düşərgəsini tərk etdiyini yazıb. Hücumçu turnirin əvvəlki turunda Norveç yığmasına qarşı keçirilən və Portuqaliyanın 2:1 hesablı qələbəsi ilə başa çatan matçda meydana çıxmayıb.
“Milli komandanın düşərgəsini tərk etmək qərarına gəldim. Vaxtı çatanda milli komandanı tərk etməyimə səbəb olan amillər barədə bütün portuqaliyalılara danışacağam. Mən həmişə bütün gücümü sərf etdiyim milli komandadan ayrılmaq qərarına gəldim. İndi Portuqaliyaya və bütün komanda yoldaşlarıma uğurlar arzulamaq vaxtıdır”, – deyə Ronaldo yazıb.
Ayxan Abbasov: Meydanda fərqli və hücumameyilli oyun nümayiş etdirməyə çalışacağıq