30 sentyabr 2026 11:14
104

Bakı-Qazax yolunda avtomobildə baş vermiş yanğın söndürülüb -VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsi, Bakı-Qazax yolunda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobilində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Mercedes” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.