Avropa Komissiyası (AK) oktyabrın 6-da Avropa İttifaqı ölkələrinə Aİ Şurasında hərbi sfera, sanksiyalar və genişlənmə daxil olmaqla əsas məsələlər üzrə veto hüququndan imtina etməyi və qərarların çoxluq səsverməsi ilə təsdiq edilməsinə keçməyi təklif edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Rapporteur" portalı məlumat yayıb.
Portal qeyd edir ki, yeni ölkələrin qəbuluna hazırlıq çərçivəsində Avropa Komissiyası Aİ-də qərarların qəbul edilməsi qaydalarını dəyişdirmək niyyətindədir. Bu qaydalar "konsensusla qəbul edilən qərarlardan, o cümlədən təhlükəsizlik, müdafiə, sanksiyalar və genişlənmə prosesinin özü kimi həssas problemlər üzrə çoxluq prinsipi ilə səsvermədən daha çox asılı olmalıdır".
Avropa Komissiyası həmçinin bu prosesi blokdan çıxarmaq və sürətləndirmək üçün Aİ-yə yeni ölkələrin qəbulu prosesində hər bir mərhələnin yekdilliklə təsdiq olunmasından imtina etməyi təklif edir. Eyni zamanda, plan yenidən qəbul edilmiş Aİ dövlətlərinin daxilolmadan sonrakı erkən mərhələlərdə Avropa İttifaqının fəaliyyətini bloklamasına imkan verməmək üçün məhdudiyyətlər ehtiva edir.
Portal qeyd edir ki, bu təkliflər oktyabrın 6-da Strasburqda Avropa Parlamentinin sessiyasında təqdim olunacaq və oktyabrın 15-16-da Brüsseldə Aİ sammitində müzakirə ediləcək.
Dutertenin dosyesində süni intellekt tərəfindən yaradılmış materiallar aşkar edilib