27 sentyabr 2026 17:29
140

Mahir Emreli sevincini fərqli şəkildə qeyd edib

UEFA Millətlər Liqasının D Divizionunda Litva ilə oyunda qol vuran Azərbaycan millisinin futbolçusu Mahir Emreli sevincini fərqli şəkildə qeyd edib.

“İki sahil” xəbər verir ki, Kaunas şəhərində keçirilən görüşün 14-cü dəqiqəsində fərqlənən hücumçu azərbaycanlı azarkeşlərin olduğu sektora yaxınlaşaraq əsgər salamı verib. Xatırladaq ki, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur. Forvard bu qolla hesabı bərabərləşdirib.

Qeyd edək ki, Litva - Azərbaycan matçında hazırda ilk hissə oynanılır və hesab 1:1-dir.