Zəfərin əldə edilməsində öz həyatlarını qurban verən bütün şəhidlərimizin əziz xatirəsini bu gün ehtiramla yad edirik. Prezident İlham Əliyevin Sərəncamı ilə 27 Sentyabr - Anım Gününün təsis edilməsi Zəfərin əldə olunmasında rəşadət göstərmiş, həyatlarını qurban vermiş şəhidlərimizi yalnız yad etmək üçün deyil, eyni zamanda, bu gənc nəslə böyük mesajdır.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib. "Bu baxımdan, bizim gənc nəslin belə tədbirlərdə iştirakı əsl vətəndaş kimi yetişmələri üçün çox vacibdir. Azərbaycanın gələcəyinin daha parlaq olması üçün onlar öz bilik və bacarıqlarını, öz səylərini əsirgəməməlidirlər", - deyə o qeyd edib.
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT
Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə
YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib - FOTO