27 Sentyabr – Anım Günündə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar.
“İki sahil” xəbər verir ki, dövlət və hökumət rəsmiləri Zəfər abidəsinin önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsinin başladığı gün - 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünyada yaşayan azərbaycanlılar Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla anırlar.
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT
Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə
YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib - FOTO