Milli Azərbaycan Tarixi Muzeyinin konfrans zalında Anım Gününə həsr olunmuş tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, muzeydən bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov açılış nitqi ilə çıxış edib.
Tədbirdə şəhid Məhəmməd Məmmədovun atası Bilal Məmmədov, şəhid Elşən Sultanlının atası Nazim Sultanov, şəhid Saleh Məcidzadənin atası Nəriman Məcidov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Cavid Mahmudovun atası Hilal Mahmudov, Vətən müharibəsi iştirakçısı Elçin Əliyev, Azərbaycan Vətənpərvər Maarifləndirmə İctimai Birliyinin sədr müavini, Birinci Qarabağ müharibəsi iştirakçısı Çingiz Bayramov çıxış ediblər.
Gənclərin də qatıldığı tədbirdə şəhidlərin əziz xatirəsinin daim yaşadılması, onların həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi və milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti vurğulanıb.
Müstəqil tədqiqatçılar Faiq Nəsibov və Günay Rzayeva, yazıçı-publisist, rəssam Zahir Məlikli müəllifi olduqları kitabları iştirakçılara təqdim edərək hədiyyə ediblər.
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb