Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası bəyanat yayıb.
“İki sahil” xəbər verir ki, bəyanatda deyilir:
“Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasını öz səlahiyyətləri çərçivəsində araşdırıb.
Monitorinqlər nəticəsində müəyyən edilib ki:
- Bəlli mərkəzlər tərəfindən başladılan bu kampaniyanın məqsədi Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almaqla yanaşı, ictimai rəyi çaşdırmağa, vətəndaşlarımızda dövlətimizə və onun institutlarına qarşı inamsızlıq, habelə cəmiyyətdə qütbləşmə yaratmağa hesablanıb;
- Kampaniya əlaqələndirilmiş formada, hədəfli reklamlar, real və saxta sosial media hesabları vasitəsilə aparılır.
Təəssüf hissi ilə qeyd etməliyik ki, “bir millət, iki dövlət” prinsipinə daim sadiq qalan Azərbaycan və Türkiyə cəmiyyətlərində bir sıra saf niyyətli insanlar da bu məkrli kampaniyaya dəstək verirlər. Eyni zamanda, Türkiyə Respublikasının qanunvericiliyinə əsasən bu cür fəaliyyətlərin hüquqi məsuliyyət yaratmasına baxmayaraq, kampaniya hələ də davam edir.
O da qeyd olunmalıdır ki, əlaqələndirilmiş informasiya kampaniyasının iştirakçıları ilə bağlı Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına məlumatlar təqdim ediləcək.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya bu cür həssas dönəmdə vətəndaşlarımızı və Türkiyədəki qardaşlarımızı diqqətli olmağa, saxta informasiyalara inanmamağa çağırır”.
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT
Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə
YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib - FOTO