21 sentyabr 2026 10:52
112

SOCAR aparıcı şirkətlər və institutlarla bilik transferi ekosistemi qurur

İspaniyanın IE Universiteti ilə əməkdaşlıq energetika sənayesinin və iqtisadiyyatın gələcəyini formalaşdıran iki əsas sahə - enerji keçidi və süni intellekt üzrə SOCAR-ın yüksəksəviyyəli icraçı ustad dərsləri vasitəsilə artıq öz bəhrəsini verib.

“İki sahil” xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov "Liderlik və innovasiya üzrə IE Mərkəzinin "AZEMBA" proqramının açılışında deyib.

O bildirib ki, SOCAR-ın insan kapitalının inkişafına yanaşmasının mərkəzində duran əsas prioritetlər - insanlara sərmayə qoyuluşu və mühüm beynəlxalq tərəfdaşlıqların qurulmasıdır. SOCAR sürətlə və sistemli şəkildə rəqəmsal, səlahiyyətləndirilmiş, şaxələndirilmiş və inteqrasiya olunmuş regional enerji şirkətinə çevrilir. Bizim gələcəyə yönəlmiş strateji baxışımız innovasiyalara, yeni texnologiyalara, süni intellektə və yaşıl enerjiyə keçidə olan öhdəliyimizə əsaslanır”.

“SOCAR dünyanın aparıcı şirkətləri və institutları ilə bilik transferi ekosistemi qurur. İnsan kapitalının inkişafına olan öhdəliyimizə əsaslanaraq, SOCAR-ın digər bir proqramı əməkdaşların peşəkar inkişafını dəstəkləyir. Bu da şirkətin strateji baxışına və strateji ehtiyaclarına uyğun olaraq əsas korporativ sahələrdə aparıcı beynəlxalq qlobal universitetlərdə ali təhsil almalarına şərait yaradır”, - deyə vitse-prezident əlavə edib.