Artıq 40 mindən çox keçmiş azərbaycanlı məcburi köçkün Qarabağa qayıdıb və daha çoxu da qayıdacaq. Bu, böyük qürurdur. 2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzindəki çıxışı zamanı deyib.
H.Hacıyev vurğulayıb ki, hazırda Qarabağda təxminən 100 min mülki şəxs yaşayır, işləyir və təhsil alır.
“Bu da Azərbaycanın münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsində topladığı unikal bir təcrübədir. Hesab edirik ki, Azərbaycanın təcrübəsi münaqişələrdən və müharibələrdən əziyyət çəkən dünyanın digər hissələrində də tətbiq üçün faydalı ola bilər. Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumu bir daha sübut etdi ki, əməkdaşlığımız, qarşılıqlı əlaqələrimiz, təcrübə və biliklərimizi bölüşməyimiz bu işdə kritik dərəcədə vacibdir”, - deyə Prezidentin köməkçisi əlavə edib.
Mina insidenti bərpa və yenidənqurma səylərimizə mane olur - Prezidentin köməkçisi
Terrordan müdafiə və terrora qarşı mübarizə üzrə beynəlxalq alyansa qoşulan ilk ölkələrdənik - Hikmət Hacıyev
Prezidentin köməkçisi: Diplomatik korpusumuzdan tezliklə Naxçıvana səfər barədə elanla bağlı sorğu almışıq