Almaniya 2026-cı ildə real müdafiə potensialına 124,7 milyard avro investisiya yönəldəcək və bu göstəricini 2029-cu ilə qədər ÜDM-in azı 3,5%-nə çatdırmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful Berlində xaricdəki diplomatik nümayəndəliklərin rəhbərlərinin konfransında çıxışı zamanı bildirib.
"Cari ildə Almaniya real müdafiə potensialına 124,7 milyard avro investisiya qoyur ki, bunun da ÜDM-imizin təxminən 2,7%-ni təşkil edəcəyi gözlənilir. 2029-cu ilə qədər bu rəqəmin ən azı 3,5% təşkil edəcəyi və ehtimal ki, 150 milyard avronu keçəcəyi gözlənilir", – deyə nazir qeyd edib.
Vadeful əlavə edib ki, buraya həmçinin müdafiə infrastrukturasına yatırılan investisiyalar da daxil edilməlidir: "Biz burada artıq 1,5% səviyyəsindəyik. Bu rəqəmlər dəyişən təhlükəsizlik vəziyyətindən irəli gələn siyasi prioritetlərimizin təzahürüdür".