Türkiyənin "Qalatasaray" klubunun futbolçuları Viktor Osimhen və Mario Lemina üç həftə yaşıl meydanlardan kənarda qalacaqlar.
“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, oyunçular zədə səbəbindən komandalarına kömək edə bilməyəcəklər. Hər ikisinin əzələsində problem aşkarlanıb.
Xatırladaq ki, Osimhen və Lemina "Başakşehir"ə 3:2 hesabı ilə qalib gəldikləri Superliqanın IV turunun oyununda zədələniblər.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq