03 sentyabr 2026 15:09
61

Gürcüstanlı jurnalist və bloqerlər SOCAR-ın fəaliyyəti ilə tanış olublar

Gürcüstandan olan jurnalist və bloqerlər SOCAR-ın fəaliyyəti, Azərbaycanın neft-qaz sənayesi və həyata keçirdiyi enerji layihələri barədə məlumatlandırılıblar.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR paylaşım edib.

SOCAR-ın paylaşdığı məlumata görə, keçirilən görüş zamanı qonaqlara Azərbaycanın zəngin neft-qaz tarixi, Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac boru kəməri və Cənub Qaz Dəhlizi kimi strateji enerji layihələri barədə ətraflı təqdimatlar keçirilib.

Görüşdə, həmçinin SOCAR-ın neft emalı və neft-kimya sahəsində fəaliyyəti, yaşıl enerji və dekarbonizasiya istiqamətində həyata keçirdiyi layihələr, eləcə də şirkətin gələcək inkişaf planları barədə məlumat verilib.

Tədbir çərçivəsində jurnalist və bloqerlərin sualları cavablandırılıb, enerji sektoru, SOCAR-ın fəaliyyəti və gələcək layihələri ətrafında fikir mübadiləsi aparılıb.