Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov və deputat Səbinə Xasayeva Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin 12-ci Qlobal konfransında iştirak etmək məqsədilə sentyabrın 4-də Özbəkistanın Səmərqənd şəhərinə səfər edəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, konfrans çərçivəsində gənclərin hüquqlarının qorunması, onların iqtisadi hüquqlarının və məşğulluğunun təmin edilməsi kimi mövzular müzakirə olunacaq.
Səfər sentyabrın 6-da başa çatacaq.
Vüqar Rəhimzadə: Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT
Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir