Özbəkistan və Azərbaycan qarşıdakı yüksək səviyyəli tədbirlərə hazırlığı, həmçinin ticarət-iqtisadi, investisiya və sənaye əməkdaşlığının genişləndirilməsini müzakirə edib.
“İki sahil” xəbər verir ki, Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına görə, müzakirələr Daşkənddə keçirilən siyasi məsləhətləşmələrin növbəti raundu çərçivəsində aparılıb. Danışıqlar avqustun 19-da iki ölkənin xarici işlər nazirinin müavinləri Bobur Usmanov və Samir Şərifov səviyyəsində keçirilib.
Tərəflər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda Özbəkistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini, həmçinin siyasi dialoqun möhkəmləndirilməsi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçiriblər.
Xüsusi diqqət qarşıdakı yüksək səviyyəli tədbirlərə hazırlığa, ticarət-iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə, həmçinin nəqliyyat, logistika, energetika və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyətin inkişafına yönəldilib.
Tərəflər praktiki əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə çatdırılmasının vacibliyini vurğulayıblar.
“Sənaye sahəsində yeni birgə layihələrin təşviqinin və ikitərəfli ticarətin həcminin daha da artırılması üçün mövcud potensialdan maksimum istifadə edilməsinin vacibliyi qeyd olunub”, - deyə məlumatda bildirilib.
Bundan əlavə, məsləhətləşmələrdə iştirak edənlər səhiyyə və mədəniyyət sahələrində əməkdaşlığın fəallaşdırılmasının zəruriliyini qeyd ediblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran regional və beynəlxalq gündəmin aktual məsələləri barədə də fikir mübadiləsi aparılıb.
Fərid Şəfiyev: Cənubi Qafqazda irəliləyişlə xarakterizə olunan yeni siyasi landşaft formalaşıb
Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri qərəzli məqaləyə cavab verib
Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib
Aşrafxanov: Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır
YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib
YAP Sədrinin müavini Tahir Budaqov AK Parti Gənclik Qollarının nümayəndə heyətini qəbul edib