Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bir sıra dövlətlərin fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.
“İki sahil” xəbər verir ki, mərasim Astanadakı Müstəqillik Sarayında keçirilib.
Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov da etimadnaməsini dövlət başçısına təqdim edib.
Həmçinin Moldova, Vyetnam, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Slovakiya, Almaniya, Sloveniya və Namibiyanın səfirləri də etimadnamələrini Qazaxıstan Prezidentinə təqdim ediblər.
Vüqar Rəhimzadə: Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT