Keçən gecə Almaniyanın Leypsiq/Halle aeroportunun ərazisi üzərində naməlum pilotsuz uçuş aparatı (PUA) aşkar edilib və aeroportun fəaliyyəti dərhal dayandırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə «Bild» qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, dron gecə yarısından sonra müşahidə olunub. Aeroportun fəaliyyəti yerli vaxtla saat 01:55-ə qədər dondurulub. Hadisə ilə əlaqədar reyslərdən biri Nürnberqə yönləndirilib.
Dronun axtarışı zamanı uçuş-enmə zolaqlarından birində şübhəli əşya aşkar edilib. Əşyanın tam olaraq nə olduğu barədə hələlik məlumat verilmir.
Həmin uçuş-enmə zolağı müvəqqəti olaraq bağlanıb. Təyyarələrin enişi və qalxması yalnız digər zolaq vasitəsilə həyata keçirilir.
Seutada sosial şəbəkələrdə yeni miqrant axını ilə bağlı çağırışlar narahatlıq yaradıb
Yaponiyada atom bombardmanı qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilib