03 avqust 2026 23:57
100

Binəqədidə yeniyetməyə həmyaşıdı kəsici-deşici alətlə xəsarət yetirib

Paytaxtın Binəqədi rayonu ərazisində 14 yaşlı yeniyetməyə həmyaşıdı tərəfindən kəsici-deşici alətlə xəsarət yetirilib.

İki sahil”in məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli Oxu.Az-a bildirib ki, hadisə ilə bağlı daxil olmuş məlumat əsasında ərazi polis orqanında araşdırma aparılır.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları çərçivəsində tərəflərin izahatları alınıb, hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib. Xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Hazırda hadisənin bütün halları və başvermə səbəblərinin tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.