03 avqust 2026 11:37
105

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

İşğaldan azad edilmiş Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində bu gün mina hadisəsi baș verib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı, 1994-cü il təvəllüdlü Əlzamin Vəzir oğlu Surxaylı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Əlzamin Surxaylı sağ ayaq nahiyəsindən xəsarət alıb.

Hadisə zamanı digər əməkdaş - 1998-ci il təvəllüdlü Füzuli Rizvan oğlu Mirzəyev yüngül bədən xəsarətləri alıb.

Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə olunublar, vəziyyətləri qənaətbəxşdir.