03 avqust 2026 01:06
94

Sumqayıtda zəncirvari avtomobil qəzası baş verib

Sumqayıtda dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, "Land Rover Discovery", "Toyota Camry", "Kia Sorento" və "Hyundai Santa Fe" markalı nəqliyyat vasitələri toqquşub.

Qəza nəticəsində dörd avtomobilə də ciddi maddi ziyan dəyib.

"Report"