Xaricdə yaşayan azərbaycanlı gənclər Azərbaycanın həqiqətlərinin təbliğində mühüm rol oynayırLAR.
“İki sahil” xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Zəngilanda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı zamanı çıxışında söyləyib.
O, xaricdə yaşayan azərbaycanlı gənclərin Azərbaycan həqiqətlərinin təbliğində və ölkəyə qarşı aparılan qarayaxma kampaniyalarına qarşı mübarizədə fəal rol oynamalı olduqlarını bildirərək deyib: "Azərbaycanın yerləşdiyi coğrafiya daim müxtəlif çağırışlarla üz-üzədir və bu səbəbdən gənclər ölkəyə qarşı yönələn təhdidlərə, yanlış məlumatlandırma cəhdlərinə qarşı hazır olmalıdırlar".
Fuad Muradov diaspor gənclərinin əsas vəzifələrindən birinin Azərbaycanın haqq səsini yaşadıqları ölkələrdə layiqincə çatdırmaq, ölkəmiz haqqında obyektiv məlumatların yayılmasına töhfə vermək olduğunu vurğulayıb.
İyunun 15-dən bu günə qədər nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb
ANAMA: Ötən ay 788 mina və 2106 partlamamış digər hərbi sursat zərərsizləşdirilib
“Bakının Nizami rayonunda müharibə veteranları ilə iş” layihəsinə start verilib