30 iyul 2026 13:06
123

Türkiyə NATO missiyası çərçivəsində Estoniyaya F-16 qırıcıları göndərib

Türkiyə NATO-nun Baltikyanı ölkələrin hava məkanının mühafizəsi missiyası (Baltic Air Policing) çərçivəsində Estoniyaya 5 ədəd F-16 qırıcı təyyarəsi yerləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Missiya 2026-cı il avqustun 1-dən noyabrın 30-dək davam edəcək.

«NATO-nun Baltikyanı ölkələrin hava məkanının gücləndirilmiş mühafizəsi missiyası çərçivəsində 1 avqust – 30 noyabr 2026-cı il tarixləri arasında 5 ədəd F-16 qırıcı təyyarəmiz və heyətimizin Estoniyanın Amari aviasiya bazasına yerləşdirilməsi prosesi başa çatdırılıb», — deyə Türkiyə Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.