29 iyul 2026 15:58
144

Altı ayda “AzerGold”un ixrac gəlirləri 26 faizdən çox artıb

Cari ilin yanvar-iyun aylarında “AzerGold” QSC 126,6 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,2 faiz çoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın iyul sayında bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında “AzerGold” QSC-nin ixrac gəlirləri 100,3 milyon dollar olub.