27 iyul 2026 17:27
113

Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır

Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin təmin edilməsi məqsədilə iyulun 28-dən Qaradağ rayonu, Ələt qəsəbəsini Səbail rayonu, 20-ci Sahə dairəsi ilə əlaqələndirən 195E nömrəli yeni ekspres marşrut fəaliyyətə başlayır.

“İki sahil” xəbər verir ki, "Neoplan" markalı 7 ədəd böyüktutumlu avtobus sərnişinlərə hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Ekspres marşrutun daşıyıcısı "BakuBus" MMC-dir.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 1,50 AZN müəyyən edilib.