23 iyul 2026 18:34
89

Kobaxidze rusiyalı qadının döyülməsi ilə bağlı qalmaqaldan danışıb

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkədə rusiyalı qadının döyülməsi ilə bağlı yaşanan qalmaqalın nifrəti qızışdırmaq məqsədilə "xarici agentlər" tərəfindən xüsusi olaraq böyüdüldüyünü bəyan edib.

“İki sahil” xəbər verir ki,  bu barədə TASS baş nazirin sözlərini sitat gətirib.

"Onlar fiziki təhqir olan bu təcavüzü dəstəkləyirlər... Burada ikili standart çox aydın görünür... Burada məqsəd Gürcüstanda süni şəkildə nifrət aşılamaqla bağlı verilən çox sadə bir sifarişdir," — deyə baş nazir bildirib.

Gürcüstan otellərindən birində baş vermiş insident barədə məlumat yayılıb. Hadisə zamanı bir kişi qonşu otaqda qalan rusiyalı gənc qadına xəsarət yetirib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində hücum edən şəxs polis tərəfindən saxlanılıb.