23 iyul 2026 16:58
84

Putin iyul ayı ərzində Təhlükəsizlik Şurasının dördüncü iclasını keçirib

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə əyani formatda operativ iclas keçirib. Gündəlikdə yeni növ silah, hərbi və xüsusi texnikanın seriyalı istehsalı üçün materiallar, komplektləşdirici hissələr və xammal istehsal edən müəssisələrin işi yer alıb.

“İki sahil” xəbər verir ki, bu barədə iclasdan əvvəl Vladimir Putin Rusiyanı silahlar üçün material və komplektləşdirici hissələri müstəqil şəkildə istehsal edən azsaylı ölkələrdən biri adlandırıb.

Bu, prezidentin iyul ayı ərzində Təhlükəsizlik Şurası ilə keçirdiyi dördüncü iclasdır. Əyani formatda isə iclas ay ərzində ikinci dəfə təşkil olunur. Əvvəlki belə tədbirdə Kalininqrad vilayətinin sosial-iqtisadi inkişafı məsələləri müzakirə olunmuşdu.