21 iyul 2026 10:08
131

Azərbaycan əhalisinin sayı açıqlanıb

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 9287 nəfər və ya 0,1% artaraq 2026-cı il iyun ayının 1-i vəziyyətinə 10 milyon 271 min 638 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ölkə əhalisinin 54,3 %-ni şəhər, 45,7 %-ni kənd sakinləri, 49,8 %-ni kişilər, 50,2 %-ni isə qadınlar təşkil edir.