Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadla məlumat yayıb.
Onun sözlərinə görə, səfər zamanı C.Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacaq.
Zaxarova həmçinin vurğulayıb ki, XİN rəhbərləri Rusiya-Azərbaycan münasibətlərinin cari vəziyyətini və inkişaf perspektivlərini, eləcə də regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.
Prezident İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim
Vüqar Rəhimzadə: Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT