Prezident Trampın yanaşması isə fərqli idi, o, sülhsevər bir insandır və sülhü gətirə biləcək insandır.
“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında söyləyib.
“O, (Tramp – red.) artıq dəfələrlə qeyd edib, dünyanın müxtəlif bölgələrində 8 münaqişəyə son qoyub. Bu, onun təbiətidir, bu, onun baxışıdır və onun siyasətidir. Bizim məsələyə gəldikdə, onun rolu çox vacib idi. Çünki Azərbaycan və Ermənistan danışıqların yekun mərhələsində olarkən Prezident Tramp və onun komandası elə bir çərçivə yaratdı ki, sülh mümkün oldu”.
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır