07 iyul 2026 11:48
78

Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib

Bu gün Dəməşqdə, Suriyada səfərdə olan Fransa Prezidenti Emmanuel Makronun qaldığı "Four Seasons" hotelinin yaxınlığında iki partlayış baş verib.

“İki sahil” "Al-Arabiya"ya istinadla xəbər verir ki, partlayışların səbəbləri məlum deyil.

Fransa Prezidenti ötən gün axşam Dəməşqə rəsmi səfər edib.

Eyni zamanda, bildirilib ki, Makronun korteji partlayışdan qısa müddət əvvəl hoteli tərk edib.