Ukraynadan olan uşaqlar reabilitasiya proqramı çərçivəsində Bakıya gəliblər.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" sosial şəbəkəsində paylaşım edib.
Səfir bildirib ki, ukraynalı xilasedicilərin övladlarından ibarət 30 nəfərlik yeni qrup bu gün iki həftəlik reabilitasiya və istirahət məqsədilə Bakıya çatıb.
Onun sözlərinə görə, indiyədək 662 ukraynalı uşaq bu proqramdan faydalanıb.
"Azərbaycana xoş gəlmisiniz!" - deyə Seymur Mərdəliyev əlavə edib.
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır