06 iyul 2026 22:09
105

Konqoda “Ebola”dan ölənlərin sayı 500 nəfəri keçib

Konqo Demokratik Respublikasında (KDR) təsdiqlənmiş “Ebola” virusuna yoluxma hallarının sayı 1561-ə çatıb. Xəstəlik nəticəsində 506 nəfər həyatını itirib.

“İki sahil” xəbər verir ki, bu, KDR İnformasiya Nazirliyinin bəyanatında əksini tapıb.

Qeyd olunub ki, hazırda 628 xəstə xəstəxanalarda və izolyasiya yerlərində müalicə alır. 253 xəstə isə sağalaraq evə buraxılıb.

Uqanda da isə may ayından bəri virusa 19 yoluxma halı qeydə alınıb. “Ebola” bu ölkədə 2 nəfərin ölümünə səbəb olub.