06 iyul 2026 02:12
88

NASA rəhbəri "Blue Origin"in raketinin partlayışının mümkün səbəbini açıqlayıb

ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) direktoru Cared Ayzekman bildirib ki, "Blue Origin" şirkətinin "New Glenn" ağır raketinin may ayındakı partlayışına mühərrik nasazlıqları səbəb ola bilər.

“İki sahil” xəbər verir ki, o, bu barədə CBS telekanalının efirində bildirib.

"NASA bu prosesdə lap əvvəldən iştirak edib. Biz "Blue Origin" üçün müvafiq mütəxəssislərin müəyyənləşdirilməsinə kömək etdik. Biz raketlə bağlı fövqəladə halının araşdırılmasına kömək edirik", - Ayzekman deyib.

Onun sözlərinə görə, "Blue Origin"in mütəxəssisləri artıq mühərrikin mümkün problemlərinə diqqət yetirirlər.

"Onlar bu fövqəladə vəziyyətlə məşğul olacaqlar. Onlar mühərriki, buraxılış meydançasını təmir edəcək və raket buraxılışlarını bərpa edəcəklər. NASA buna kömək edəcək", - ABŞ-nin kosmik idarəsinin rəhbəri əlavə edib.