28 iyun 2026 00:35
87

İsrail ordusu Qəzzada HƏMAS-ın hərbi qanadının bölük komandirinin müavinini zərərsizləşdirib

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında HƏMAS-ın hərbi qanadının bölük komandirinin müavinini və hərəkatın Siyasi Bürosunun sabiq rəhbəri İsmayıl Haniyənin qardaşı oğlunu zərərsizləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İMQ və ÜTX (Ümumi Təhlükəsizlik Xidməti - red.) oktyabrın 7-də terrorçu dəstənin İsrail ərazisinə sızmasına rəhbərlik edən və bunda iştirak edən "Nuxba" bölüyü komandirinin müavini Valid Haniyəni zərərsizləşdirib. O, HƏMAS-ın Siyasi Bürosunun sabiq rəhbəri İsmayıl Haniyənin qardaşı oğlu idi", - bəyanatda deyilir.

Qurumun məlumatına görə, V. Haniyə son vaxtlar HƏMAS üçün yeni terrorçular cəlb etməyə çalışırdı və "Nuxba" bölüyünün hərbi hazırlığına rəhbərlik edirdi.

Xatırladaq ki, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə 2024-cü il iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahında öldürülüb.