İyunun 27-nə keçən gecə Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi Poltava bölgəsində qəzaya uğrayıb. Pilot qəzada sağ qalıb.
“İki sahil” Ukrayna Hərbi Hava Qüvvələrinin "Teleqram" kanalına istinadla məlumat yayıb.
Məlumata görə, Poltava bölgəsində döyüş tapşırığı yerinə yetirən MiQ-29 qırıcı təyyarəsi ilə əlaqə kəsilib.
"Təyyarənin itkisini təsdiqləyirik, lakin ukraynalı pilot qəzadan uğurla çıxıb, axtarış-xilasetmə qrupu ilə əlaqə saxlayıb, müayinə və lazımi yardım üçün tez bir zamanda tibb müəssisəsinə aparılıb", - deyə Ukrayna Hərbi Hava Qüvvələrindən bildirilib.
Hazırda qəzanın səbəbləri araşdırılır.