27 iyun 2026 11:33
92

Aktauda yeni konteyner habı Xəzər üzərindən Çin-Avropa marşrutunu gücəndirəcək

"Qazaxıstan Dəmir Yolu" SC və Çinin Lyanyunan şəhəri Aktau Beynəlxalq Konteyner Mərkəzinin istifadəyə verilməsinə hazır olduqlarını təsdiqləyiblər.

“İki sahil” “Qazaxıstan Dəmir Yolu” ASC Milli Şirkətinə istinadla xəbər verir ki, bu məsələ şirkətin İdarə Heyətinin sədri Talqat Aldıberqenov və Lyanyunan şəhərinin meri Çjou Cin arasında keçirilən görüşdə müzakirə olunub. Tərəflər birgə logistika layihələrinin hazırlanması, genişləndirilmiş investisiya əməkdaşlığı və Aktau Beynəlxalq Konteyner Mərkəzinin istifadəyə verilməsi məsələlərini müzakirə ediblər.

Danışıqların əsas nəticələrindən biri “Aktau Beynəlxalq Konteyner Mərkəzi” MMC-nin yaradılması üçün bütün hazırlıq işlərinin başa çatmasının təsdiqlənməsi olub. Onun fəaliyyətinə iyun ayının sonuna qədər başlamaq planlaşdırılır. Xüsusi diqqət Lyanunqan limanının, Xorqos Qapısı quru limanının və Aktaudakı konteyner mərkəzinin vahid logistika sisteminə inteqrasiyasına yönəldilib. Bu, yüklərin Sarı dəniz sahillərindən Qazaxıstan və Xəzər dənizi vasitəsilə Qafqaz, Türkiyə və Avropa bazarlarına çatdırılmasını təmin edəcək.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu bu sistemdə əsas rol oynayır. Keçən il bu marşrut üzrə konteyner daşımaları 42.000 TEU-ya (iyirmi futluq ekvivalent vahid) çatıb ki, bu da əvvəlki illə müqayisədə 15 faiz artım deməkdir. Bu ilin ilk beş ayında artım ötən ilin eyni dövrü ilə müqayisədə əlavə 26 faiz təşkil edib.

Görüşdən sonra tərəflər beynəlxalq nəqliyyat dəhlizlərinin birgə inkişafını davam etdirmək niyyətlərini təsdiqləyiblər.