26 iyun 2026 23:32
104

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Türkiyənin Aydın–Dənizli avtomagistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” "İHA"ya istinadən xəbər verir ki, minik avtomobili sərnişin avtobusu ilə toqquşub.

Zərbənin gücündən idarəetmədən çıxan avtobus yol kənarındakı maneələrə çırpılıb.

İlkin məlumata əsasən, qəza zamanı 1 nəfərin vəziyyəti ağır olmaqla ümumilikdə 20 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.

Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma aparılır.