İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.
“İki sahil” xəbər verir ki, telefon danışığı zamanı mədəniyyət, elm, təhsil və idman kimi sahələrdə ənənəvi olaraq məhsuldar əməkdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb.
Həmçinin ikitərəfli münasibətlərin prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır