Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Yuxarı Daşkəsən və Daşkəsən qəsəbə ərazi partiya təşkilatlarında 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş yığıncaqlar keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Yığıncaqlarda YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev və rayon təşkilatının məsləhətçisi Sərdar Xıdırov iştirak ediblər.
Çıxışlarda Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli inkişaf yolu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi zəfərlər, şanlı ordunun dövlət müstəqilliyinin və ölkəmizin ərazi bütövlüyünün qorunmasında müstəsna rolundan bəhs edilib. Qeyd olunub ki, Azərbaycan Ordusu bu gün regionun ən güclü ordularından biri olmaqla ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısıdır.
Sonda Yaşar Rzalı Yuxarı Daşkəsən qəsəbə ərazi partiya təşkilatına, Taryel Məmmədov isə Daşkəsən qəsəbə ərazi partiya təşkilatına yeni sədr seçiliblər.