24 iyun 2026 13:26
101

Bir sıra icbari sığorta növləri üzrə yeniliklərin tətbiqi nəzərdə tutulur

Bir sıra icbari sığorta növləri üzrə yeniliklərin tətbiqi nəzərdə tutulur. Hazırda isə əsas diqqət icbari fərdi qəza sığortasının təkmilləşdirilməsi istiqamətində aparılan işlərə yönəlib.

“İki sahil” xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) baş direktoru Vüsal Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, bu proses icbari fərdi qəza sığortası çərçivəsində mövcud sığorta növlərinin yenidən nəzərdən keçirilməsi və müasir tələblərə uyğunlaşdırılması ilə bağlıdır. Bunun üçün həm beynəlxalq təcrübə araşdırılır, həm də hazırlanmaqda olan konsepsiyada nəzərdə tutulan yanaşmalar diqqətlə qiymətləndirilir.