İranda ABŞ-nin hərbi əməliyyatların dayandırılması barədə razılaşmanın birinci bəndini yerinə yetirməməsi ilə əlaqədar Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinin dayandırıldığı bəyan edilib.
“İki sahil” xəbər verir ki, bu barədə "Fars" agentliyi "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının bəyanatına istinadən məlumat yayıb.
Bu qərar İsrail Müdafiə Ordusunun Livanın cənubuna endirdiyi zərbələrə cavab olaraq qəbul edilib.
Bəyanatda qeyd olunub ki, bu, "ilk addımdır" və eskalasiya davam edəcəyi təqdirdə sonrakı tədbirlərin görülməsi mümkündür.
Eyni zamanda bildirilib ki, atıla biləcək istənilən sonrakı addım qarşı tərəfin öz öhdəliklərini yerinə yetirməsindən asılı olacaq.