Qardaş və dost ölkə Can Azərbaycanın Milli Qurtuluş Gününü ən səmimi duyğularımla təbrik edirəm. Milli Qurtuluş Günü Azərbaycan xalqının birlik və həmrəylik içində öz gələcəyinə sahib çıxdığı, dövlətinin varlığı və millətinin rifahı naminə ortaya qoyduğu güclü iradənin rəmzidir. Sevinci və kədəri bölüşən Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağı da “Bir millət, iki dövlət” anlayışı ilə hər keçən gün daha da möhkəmlənir.
“İki sahil” xəbər verir ki, bu ifadələr Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duranın 15 İyun-Milli Qurtuluş Günü münasibətilə yayımladığı mesajında yer alıb.
“Bu əlamətdar gündə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən əziz şəhidlərimizi rəhmət və ehtiramla, qəhrəman qazilərimizi isə şükran və minnətdarlıqla yad edirəm”, - deyə departament rəhbəri bildirib.
İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin əsasını qoyan sənəddir - Şamil Ayrım/ÖZƏL