Şuşada belə mühüm və vaxtında təşkil edilmiş konfransın keçirilməsinə görə Azərbaycanı təbrik edirəm.
“İki sahil” xəbər verir ki, bu fikirləri Pakistanın Muslim İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi və xüsusi nümayəndəsi Malik Asif Tanver “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Regional layihələr və transsərhəd əməkdaşlıq: dayanıqlı sülhün iqtisadi əsasları” adlı panel sessiyada səsləndirib.
"Bu gün - 15 iyun Azərbaycan tarixində adi bir gün deyil. Bu gün Azərbaycanın Milli Qurtuluş Günüdür. Məhz bu əlamətdar gündə konfrans Azərbaycanın hər hansı başqa şəhərində deyil, Şuşada keçirilir. Çünki Şuşa adi bir şəhər deyil. Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir, dayanıqlılığın simvoludur, əməkdaşlıq və inkişafın rəmzidir", - deyə o vurğulayıb.
Kürşad Zorlu: Yüksələn münasibətlərimiz Asiyadan Avropaya qədər bir çox strateji sahədə mühüm nəticələr verməkdədir.
Ombudsman: Heydər Əliyevin siyasi fəaliyyətində insan amili hər zaman xüsusi yer tutub