15 iyun 2026 12:04
73

Çin “Lijian-1 Y14” daşıyıcı raketi ilə orbitə 8 peyk çıxarıb

Çin “Lijian-1 Y14” daşıyıcı raketi ilə orbitə 8 peyk çıxarıb.

“İki sahil” xəbər verir ki, raket Çinin şimal-qərbindəki Donfen özəl kosmik innovasiya pilot zonasından Pekin vaxtı ilə saat 11:44-də (Bakı vaxtı ilə 07:44) buraxılıb. Raket peykləri planlaşdırılan orbitə çatdırıb. Peyklər arasında yüksək dəqiqlikli məsafədən optik zondlama peyki (“Jixing Gaofen 07C04”) peyki də var. Bu buraxılış “Lijian-1” daşıyıcı raket seriyasının 14-cü uçuş missiyası olub.

Qeyd edək ki, “Lijian-1” daşıyıcı raket seriyası Çin Elmlər Akademiyası nəzdindəki Mexanika İnstitutunun təsis etdiyi “CAS Space” şirkəti tərəfindən hazırlanıb. Bu növ raketlər müxtəlif sayda mikropeykləri orbitə çıxarmaq üçün dizayn edilib.İndiyədək “Lijian-1” raketləri ilə orbitə təxminən 100 peyk göndərilib