14 iyun 2026 19:04
105

FİFA ulduzu çıxarmağı tələb etdi

2026-cı il dünya çempionatında iştirak edən Seneqal millisi FİFA-nın tələbi ilə formasındakı ulduzu çıxarmalı olub.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Mayki Junior sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, FİFA qaydalarına əsasən, milli komandaların emblemi üzərindəki ulduzlar yalnız dünya çempionatındakı qələbələri ifadə edə bilər. Seneqal isə 2021-ci ildə Afrika Millətlər Kubokunun qalibi olduqdan sonra formasına bir ulduz əlavə etmişdi.

Mənbənin məlumatına görə, oxşar vəziyyət Misir millisində də yaşanıb. FİFA bu ölkənin yığmasından da oyun formalarındakı ulduzları götürməyi tələb edib.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi DÇ-2026 iyunun 11-də start götürüb və iyulun 19-dək davam edəcək. Seneqal qrup mərhələsində Fransa, Norveç və İraq yığmaları ilə qarşılaşacaq.