14 iyun 2026 16:52
114

DÇ-2026: Almaniya və Niderland milliləri mübarizəyə başlayır

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında daha dörd oyun keçiriləcək.

“İki sahil” xəbər verir ki, E qrupunun ilk matçında Almaniya Kurasao ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

F qrupunun Niderland - Yaponiya görüşü saat 00:00-da, E qrupunun Fildişi Sahili - Ekvador dueli saat 03:00-da başlayacaq.

Nəhayət, saat 06:00-da F qrupunun İsveç - Tunis oyununa start veriləcək.

DÇ-2026

14 iyun

E qrupu

I tur

21:00. Almaniya - Kurasao

Baş hakim: Calal Cayed (Mərakeş).

Hyuston stadionu

15 iyun

F qrupu

I tur

00:00. Niderland - Yaponiya

Baş hakim: İsmail Elfat (ABŞ).

Dallas stadionu

E qrupu

03:00. Fildişi Sahili - Ekvador

Baş hakim: Fransua Leteksye (Fransa).

Filadelfiya stadionu

F qrupu

I tur

06:00. İsveç - Tunis

Baş hakim: Yael Falkon (Argentina).

Monterrey stadionu

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.