14 iyun 2026 14:17
99

Azərbaycandan getdi, çempionla müqavilə bağladı

Bir neçə gün əvvəl "Araz-Naxçıvan"dan ayrılan Kristian Avramın yeni klubu bəlli olub.

“İki sahil” xəbər verir ki, moldovalı qapıçı ölkəsində çıxış edəcək.

O, "Petrokub"la müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Petrokub” 2025/2026 mövsümündə Moldova çempionu olub.

Qeyd edək ki, Moldova millisinin üzvü olan Avram 2023-cü ildən "Araz-Naxçıvan"da çıxış edirdi.